Fəal Qreta Tunberqin İsraildən deportasiya edildikdən sonra ilk fotoları ortaya çıxıb.
"Unikal" xəbər verir ki, fotoları "Reuters" tərəfindən dərc edilib.
Agentliyin məlumatına görə, fəallardan biri, Malayziya vətəndaşı Hazvani Helmi, Tunberqin pis rəftar edildiyinin şahidi olub:
"Bu, fəlakət idi. Onlar bizimlə heyvan kimi rəftar etdilər", - Helmi deyib. O, həmçinin saxlanılanlara təmiz yemək və su verilmədiyini, dərman və əşyalarının müsadirə olunduğunu bildirib.
***10:26
Qəzza zolağına gedən gəmidə saxlanılan isveçli fəal Qreta Tunberq İsraildən Yunanıstana deportasiya ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, bu əməliyyat zamanı ümumilikdə 165 fəal deportasiya ediləcək.
Xatırladaq ki, oktyabrın 3-də İsrail humanitar missiya ilə Qəzza zolağına gedən "Fortitude Flotilla"nın təxminən 40 gəmisini ələ keçirib. Gəmilərdən biri toqquşub, digərlərinə su şırnaqları ilə hücum edilib. Gəmidə olan fəallar, o cümlədən üreta Tunberq saxlanılıb.
İsrail hakimiyyət orqanları saxlanılan 450-dən çox fəaldan ən azı 170-ni deportasiya edib.
Gülayə Mecid
