Fransa prezidenti Emmanuel Makron baş nazir Sebastien Lekornunun rəhbərlik etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.
"Unikal" xəbər verir ki, keçmiş iqtisadiyyat naziri Bruno Le Mer Fransanın müdafiə naziri təyin edilib.
Yelisey sarayından verilən açıqlamalara görə, Cerald Darmanen yenidən ədliyyə naziri, Bruno Retayo isə daxili işlər naziri təyin edilib. Bruno Le Mer müdafiə naziri, Rolan Leskür maliyyə naziri, Jan-Noel Barro isə yenidən xarici işlər naziri vəzifəsinə təyin edilib.
Lekornunun rəhbərlik etdiyi yeni kabinetin ilk iclası bazar ertəsi baş tutacaq.
