ABŞ Donald Trampın təsviri olan bir dollarlıq sikkə buraxacaq.
"Unikal" xəbər verir ki, bunu "Facebook"dakı postuna sikkənin dizayn layihəsini əlavə edən Texas Respublikaçı senator Ted Kruzun kommunikasiyalar üzrə müşaviri Stiv Qest bildirib.
"Amerika geri döndü və onunla birlikdə bir dollarlıq sikkə də oldu. Donald Tramp Xəzinədarlıq Naziri Skott Bessent və xəzinədar Brandon Biç sayəsində Amerikanın 250 illik yubileyinin siması əbədi olaraq qalacaq", - deyə Qest bildirib
Biç gələn il baş tutacaq ABŞ-nin 250 illik yubileyinə həsr olunmuş bir sikkənin hazırlanmasını təsdiqləyib.
