İranın Əmirabad bölgəsində, Tehran Universitetinin mühəndislik fakültəsi yaxınlığında partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Partlayış nəticəsində 3 tələbə yaralanıb.
Tehran Universitetinin prorektoru bildirib ki, partlayış universitetin Materiallar və Metallurgiya fakültəsinin laboratoriyasında hidrogen kapsulunun partlaması ilə əlaqədardır.
Tehran Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsinin sözçüsü Maleki digər təhsil mərkəzində də partlayışın baş verdiyini deyib: "Tədris məqsədilə istifadə edilən ikimərtəbəli binanın laboratoriyada hidrogen balonunun partlaması nəticəsində bir kişi ölüb, 2 nəfər ağır xəsarət alıb, binanın pəncərə, qapı və divarlarının bir qismi dağılıb".
Ağarza Elçinoğlu
