Hindistanın Uttar-Pradeş ştatında canavarlar dörd uşağı və bir qocanı parçalayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat dərc edib. 

"Yırtıcı heyvanlar Mjara-Taukli və onlarla kəndin ətrafında gəzir. Sentyabrın 9-dan 30-a qədər ərazidə altı nəfər, o cümlədən dörd uşaq və bir qoca ölüb", - hesabatda deyilir.

Bildirilir ki, canavarların hücumu nəticəsində azı 20 kənd sakini yaralanıb.