Serbiyanın paytaxtı Belqradın Vişnyiçka Banya bölgəsində barda atışma baş verib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində ikisi qadın olmaqla 4 nəfər güllələnib. Bir qadın yerindəcə həlak olub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
Bir neçə silahlı şəxsin mikroavtobusdan düşərək ətrafa atəş açdıqları bildirilib.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Polis əməliyyata başlayıb, Palilula qəsəbəsi mühasirəyə alınıb.
