İndoneziyada Əl Hozini internat məktəbinin uçması nəticəsində 98 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, hadisə uşaqlar məktəbdə namaz qılan vaxtı baş verib. Belə ki, tikilinin damı uçub, nəticədə məktəblilər dağıntılar altında qalıb.
Məlumata görə, hadisədə 98 nəfər yaralanıb, 3 nəfər isə ölüb.
