HƏMAS-ın sözçüsü Mahmud Mərdavi ABŞ prezidentinin Qəzza üçün sülh planını açıqlanmadan əvvəl onlara məlumat verilmədiyini deyib.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, planın müddəaları İsrailin baxışlarına daha yaxındır.

"Baş verənlər beynəlxalq dinamikaya təsir etmək və Fələstin dövlətinin tanınması cəhdi idi. Biz Amerikanın təklifini nəzərdən keçirəcəyik və Fələstin fraksiyaları ilə müzakirə edəcəyik. Biz bu planı ilk növbədə yazılı və aydın formatda almalıyıq, sonra isə bu barədə öz fikrimizi bildirəcəyik", - Mərdavi bildirib.