İsrailin baş naziri Benyamin Netanyahu qətərli həmkarı Məhəmməd bin Əbdülrəhman bin Casim Al Taniyə zəng edərək 20 gün əvvəl Dohaya hücuma görə üzr istəyib.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin N12 televiziya kanalı məlumat yayıb. 

Jurnalistlərin məlumatına görə, Netanyahu ABŞ prezidenti Donald Trampla görüşdə Əl Taniyə zəng edib. Hadisədə Amerika liderinin rolu açıqlanmayıb.

Qeyd olunur ki, İsrail hökumətinin başçısı Qətərin baş nazirinə dövlət suverenliyinin pozulmasına, həmçinin Qətər təhlükəsizlik əməkdaşının ölümcül xəsarət almasına görə təəssüfləndiyini bildirib.

Qeyd edilir ki, Qətər sonradan hadisəyə görə təzminat tələb edə bilər.