Rusiya Qərbin İrana qarşı sanksiyaları bərpa etmək cəhdlərini qəbuledilməz və qeyri-qanuni hesab edir.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Rusiya XİN rəhbəri BMT Baş Assambleyasındakı çıxışında qeyd edib ki, Qərb İranın nüvə proqramı ilə bağlı razılaşmanın uzadılmasını rədd edib: "Bu, Qərbin konstruktiv həll yolları axtarışında təxribatını və şantaj və təzyiq yolu ilə İrandan birtərəfli güzəştlər əldə etmək istəyini ifşa edir. Moskva bu manipulyasiyaları qəti şəkildə rədd edir".

Ağarza Elçinoğlu