Diametri 2 metr olan 2025 SU4 meteoriti Yerin yanından keçib. 

"Unikal" xəbər verir ki, meteoritin keçməsi zamanı planetimizdən ona olan məsafə 20 min kilometr idi. 

Keçid sentyabrın 25-də, Bakı vaxtı ilə saat 01:30-da baş verib.

Yada salaq ki, meteorit planetimizdən keçmə ərəfəsində aşkar edilib. Alimlər qeyd edirlər ki, bu meteorit planetimiz üçün heç bir təhlükə yaratmayıb.

Ağarza Elçinoğlu