Beş il həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi Fransa lideri Emmanuel Makrondan əfv istəmək niyyətində deyil.

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darroy BFMTV- yə müsahibəsində bildirib.

"O, təqsirsizliyini nümayiş etdirmək istədiyi üçün əfv istəmək haqqında düşünmür", - vəkil bildirib. O, Sarkozinin cəzasının hüquqi baxımdan əsassız olduğunu bildirib. 

Gülayə Mecid