Sankt-Peterburqdakı Ermənistan konsulluğunun binasında tapılan keçmiş Sankt-Peterburq rəsmisi Boris Avakyanın meyiti hazırda morqdadır və məhkəmə-tibbi ekspertizaya göndəriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. 

“Avakyanın meyiti morqdadır, ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, sentyabrın 24-də Sankt-Peterburqda Regional Rosreestr və Rosimuşçestvo idarələrinin sabiq rəsmisi Boris Avakyan Ermənistan konsulluğunda ölü tapılıb.