"Bütövlükdə Rusiya ilə Ermənistan arasında münasibətlər sabit və yaxşı inkişaf edir".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Onun sözlərinə görə, bütün digər sahələrdə də əlaqələr inkişaf edir.
"Bir-birimizi bu yaxınlarda görsək də, həmişə müzakirə edəcəyimiz bir şey var, amma buna baxmayaraq, sizi Moskvada görməyə çox şadıq", - Putin qeyd edib.
Gülayə Mecid
