Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.
"Unikal" xəbər verir ki, görüş 2 saata yaxın davam edib.
Görüşün detalları ilə bağlı Türkiyə Prezident Administrasiyasının Mətbuat xidməti tərəfindən yazılı açıqlama veriləcəyi gözlənilir.
XXX
19:37
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, Tramp həmkarını Ağ Evin qarşısında qarşılayıb.
Onlar Nyu- Yorkda baş tutan BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir araya gəliblər.
