Moldova oliqarxı Vladimir Plahotniuc Yunanıstandan vətəninə ekstradisiya edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ö, ölkəsinə əlləri qandallı şəkildə gətirilib. 

Moldovada Plahotniuc çirkli pulların yuyulmasında, dələduzluqda və qeyri-qanuni varlanmada, habelə ölkənin bank sistemindən 1 milyard dollar oğurlamaqda ittiham olunur. Kişinyov məhkəməsi onun qiyabi həbsi üçün bir neçə order verib və prokurorlar oliqarxın ekstradisiyasını tələb ediblər.

2017-ci ilin noyabrında Moskvanın Basmannı məhkəməsi Plahotnyuku qiyabi həbs edib və onu öldürməyə cəhdə görə beynəlxalq axtarışa verib. O, Moldova siyasətçisi Renato Usatii ilə birlikdə Rusiya banklarından külli miqdarda pul oğurlamaqda da şübhəli bilinir.

İyulun 22-də iş adamı Yunanıstanda saxlanılıb, iyulun 26-da isə Rumıniyada saxta sənədlərdən istifadəyə görə cinayət işi açılıb. Nəticədə iki şəxsiyyət vəsiqəsinin, iki sürücülük vəsiqəsinin və sahibinin məlumatları dəyişdirilmiş bir pasportun saxtalaşdırılması aşkar edilib. İyulun 28-də biznesmenin vəkili Moldovaya ekstradisiyaya hazır olduğunu bəyan edib.

Gülayə Mecid