Xankəndidə separatçı rejimə məxsus yanacaq anbarının partlamasından 2 il ötür. 

"Unikal" xəbər verir ki, yanacaq anbarının partlaması nəticəsində 218 erməni həyatını itirib.

Məlumata görə, 120 nəfər yaralanıb, 21 nəfər isə itkin şəxs kimi qeydiyyata düşüb.

Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Xankəndi-Əsgəran magistralına bitişik ərazidə yerləşən benzin anbarında güclü partlayış baş verib. Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi barədə indiyə qədər heç bir məlumat verilməyib. 

Ağarza Elçinoğlu