İyulun 18-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.
"Unikal" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Xaçmaz və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Xaçmaz rayonu “4 №-li Yol İstismarı” və Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.







.jpg)



.jpg)


-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)













.jpg)















.webp)












