Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva vəfat edib.
"Unikal" xəbər verir ki, Gülxanım Vəliyeva 1944-cü il oktyabrın 7-də Bakı şəhərində anadan olub. 1953-1963-cü illərdə Bakı şəhəri 125 saylı orta məktəbdə, 1963-1968-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-ci ildən BDU-da çalışır. 1984-cü ildə “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1990-cı ildə dosent elmi adını alan Gülxanım Vəliyeva 1968-1970-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, 1970-1983-cü illərdə BDU-nun Türkologiya kafedrasında baş laborant, 1984-1990-cı illərdə Türkologiya kafedrasında baş müəllim, 1990-cı ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərib. Gülxanım Vəliyeva həmçinin, 1985-1990-cı illərdə Filologiya fakültəsinin Həmkarlar İttifaqının sədri, 2000-2001-ci illərdə Bakı Qızlar Universitetində elmi işlər üzrə prorektor, 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının elmi katibi vəzifələrində çalışıb.
Gülxanım Vəliyevanın əsas tədqiqat sahəsi türkologiya və Azərbaycan dialektologiyası olub. O, 5 dərs vəsaiti, 4 metodik göstəriş və proqram, 40-a yaxın elmi məqalənin müəllifi idi.
BDU-nun dosenti dünyasını dəyişdi
12:05 12-01-2025
CƏMİYYƏT
XƏBƏR LENTİ
20:44
20:01
19:47
19:36
18:22
18:08
18:00
Muğlada zəlzələ olub
18:00
17:58
17:50
17:29
17:02
16:50
16:41
16:05
15:49
15:26
15:11
14:12
13:54
13:45
13:04
12:53
11:46
11:04
10:50
09:56
09:41
"Kəpəz" "Neftçi"yə qarşı
09:41
09:30
09:25
09:22
08:57
Daha çox yüklə


























































