Tesla və SpaceX-in qurucusu İlon Mask gün ərzində təxminən 10 milyard dollar qazanıb.
Unikal.org xəbər verir ki, hazırda onun var-dövləti 96,5 milyard dollar qiymətləndirilir. O, Forbes Real-Time reytinqinin beşinci pilləsində qərarlaşıb.
Bunun səbəbi 17 noyabrda "Tesla”nın səhm başına qiymətdəki artımdır - onların dəyəri 9% artaraq hər səhm üçün 444,47 dollara çatıb.
Bu sıçrayış Tesla səhmlərinin Amerikanın 500 ən böyük şirkətinin səhmlərinin daxil olduğu SP 500 İndeksinə daxil olacağı xəbərindən sonra baş verib.












.jpeg)






















.webp)
.jpg)



_1771938671.jpeg)











