Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu günün rəqəmi isə “241”-dir.
Belə ki, 2020-ci ilin I yarımili ərzində Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 241 cinayətin açılması təmin edilib.
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
















.jpg)









.jpg)















.jpg)















