Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək.
Unikal.org xəbər verir ki, təxliyə olunacaq şəxslər Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər.
Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.




-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)



.jpg)



.jpg)















.jpg)















.webp)












