Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Daha sonra vətəndaşa məxsus siqaret qutularına baxış keçirilib. Baxış zamanı "Rothmans" markalı siqaret qutusunun içərisində olan siqaretlərdən birində çəkisi 2 qram təşkil edən narkotik vasitə - həşiş, "Winston" markalı siqaret qutusunda olan 4 ədəd siqaret dənələrinin içərisində isə çəkisi 3 qram təşkil edən narkotik vasitə - həşiş və çəkisi 7 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.







.jpg)








.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)






.jpg)
