Səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb. Qəzaya səbəb isə iki maşın arasında ara məsafəsinin düzgün saxlanılmaması olub.
Belə ki, Sumqayıtdan şəhər istiqamətinə hərəkət edən “Mercedes S class” markalı avtomobil qarşıdakı “VAZ-2106” markalı avtomobil ilə ara məsafəsi saxlamayıb. Öndə olan maşının qəfil əyləcə basması isə qəzaya səbəb olub.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.














































-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)









