Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün Ələr-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Samir Mərdan oğlunun idarə etdiyi "Ford markalı avtomobillə Salyanın Sarvan kənd sakini, 1969-cu il təvəllüdlü Gözəlov Samid Gülhüseyn oğlunun idarə etdiyi "Mersedes markalı avtomobil toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.







.jpg)
.jpg)




.jpg)
.jpg)




.webp)


































