Hacıqabulda avtomobilin yolu keçərkən vurduğu piyada xəstəxanada ölüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, sentyabrın 23-də Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində "Mercedes" markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb.
Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlər B. Xanəliyevin həyatını xilas edə bilməyiblər.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.




.jpg)








.jpg)






.jpg)







.jpg)


.jpg)





















.jpg)

