Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Masallı-Yardımlı yolunda, Yardımlı şəlaləsinin yaxınlığında baş verib.
"Mercedes markalı minik avtomobil qarşıdan gələn "Ford markalı yük avtomobil ilə toqquşub. Nəticədə Masallı rayonunun Yeddioymaq kənd sakini, 1988-ci il təvəllüdlü Nemət Meydan oğlu Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Masallı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.








.jpg)



.jpg)







.jpg)

.jpg)







.webp)

.jpg)




.jpg)
.jpg)





.jpg)



.jpeg)


.jpg)

.jpg)


