Gəncədə 49 yaşlı qadın hamamda ölüb
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə hadisə şəhərin E. Qurbanov küçəsində ev 17-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Flora Haçıyeva hamamda ölüb. Qadının dəm qazından boğularaq öldüyü ehtimal olunur. Ancaq ölümün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.















.jpg)









.jpg)


.jpg)




























