Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, noyabrın 30-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Ələmdar Sadıqov evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aprılır.
Yaxınlarının unikal.org-a verdiyi məlumata görə, 25 yaşlı Ələmdar Sadıqov Bakının Binəqədi rayonunda elektirik sahəsində avtomobil ustası olub. O yaşının az olmasına baxmayaraq bu sahədə paytaxtda ad çıxarmış ustalardan olub.
Bildirilib ki, o gecə saat 1 radələrində evdə hamama girib. Telefonun musiqisini işə saldığından onun səsini eşidə bilməyiblər. Valideyinləri səhər onun meytini hamamda aşkarlayıblar.
Ə.Sadıqovun valideyinləri onun üçün yaxın günlərdə nişan mərasimi etməyi planlaşdırırmışlar.















.jpg)









.jpg)


.jpg)




























