Mədət Quliyev aksiyalardan danışdı
09:18 20-01-2016
CƏMİYYƏT
DTX rəisi: "Aksiyaları təhlil edib
prezidentə məruzə etdik..."
"Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi".
Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib: "Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik".
O qeyd edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib: "Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey Prezident İlham Əliyevin nəzarətindədir".
Digər Xəbərlər
2026-04-26 12:45:11
2026-04-26 09:47:21
2026-04-26 09:32:52
2026-04-26 00:50:00
2026-04-26 00:16:42
2026-04-25 23:51:06
2026-04-25 22:09:32
2026-04-25 20:40:16
2026-04-25 20:00:00
2026-04-25 19:33:38
2026-04-25 18:59:15
2026-04-25 18:00:00
2026-04-25 17:26:29
2026-04-25 17:10:00
2026-04-25 15:40:00
2026-04-25 15:15:00
2026-04-25 15:08:51
2026-04-25 14:56:03
2026-04-25 14:43:02
