Artıq səkkiz nəfər Ukraynanın ABŞ-dəki səfiri vəzifəsini qəbul etməkdən imtina edib.

"Unikal" xəbər verir ki, Bu barədə Ukraynanın Vaşinqtondakı keçmiş səfiri (2015–2019) Valeri Çalı "Levy Bereg" nəşrinə verdiyi müsahibədə bildirib.

"Artıq səkkiz nəfər səfir vəzifəsindən imtina edib. Bu, anormaldır", - deyə diplomat qeyd edib.

Çalı qeyd edib ki, səfir böyük bir komandanın işini əlaqələndirməli olan menecerdir: "Partiya qurultaylarında iştirak edə bilən, Ağ Evə girib nümayəndə heyətinə rəhbərlik edə bilən biri. Nümayəndə heyətlərimiz haradadır? Hara yoxa çıxıblar? Səfir yoxdur və nümayəndə heyətləri getmir", - deyə Çalı əlavə edib.

Oktyabrın sonunda Ukrayna Prezidenti Volodimir Zelenski heç kimin Ukraynanın ABŞ-dəki səfiri olmaq istəmədiyini, ona görə də bu vəzifəyə konkret namizəd olmadığını açıqlayıb.