Noyabrın 27-də beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzinə həsr olunan “ExpoSport Azerbaijan 2026” sərgisi öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, 50-ə yaxın təşkilatın iştirak etdiyi sərgidə Azərbaycan İdman Akademiyası (ASA) da təmsil olunur. 

Sözügedən sərginin məqsədi idman sahəsində yeniliklərin nümayişi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də sağlam və aktiv həyat tərzinin təşviqidir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən sərgi iki gün davam edəcək.