Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

"Unikal" xəbər verir ki, açılış matçında “Şəfa” “İmişli”nin qonağı olub. Yevlax şəhər stadionunda oynanılan görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qalibiyyətlə uğursuz seriyaya son qoyan qonaqların heyətində Elnur Cəfərov dubl edib. Digər qolu Musa Quel vurub. Nominal meydan sahiblərinin yeganə qoluna isə Ronaldo de Souza imza atıb.

Hazırda “İmişli” 12 xalla turnir cədvəlinin 8-ci, “Şəfa” isə 8 xalla 11-ci pilləsində qərarlaşıb.

Günün digər matçında “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək. “Palms Sports Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. “Neftçi” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Zirə” isə 20 xalla 5-ci sırada yer alıb.