AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. 

"Unikal" xəbər verir ki, keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Yevlax şəhərlərində və Saatlı rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitariya-gigiyena, işçi masalarda sanitariya tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlanıb.

Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.