Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ikinci görüşündə “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. “Palms Sports Arena”da keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 8-ci dəqiqədə Breno Almeyda vurub.

Xallarını 30-a çatdıran “ağ-qaralar” liderliyini davam etdirir. “Zirə” isə 20 xalla 5-ci sırada yer alıb.

Açılış matçında “Şəfa” “İmişli”nin qonağı olub. Yevlax şəhər stadionunda oynanılan görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qalibiyyətlə uğursuz seriyaya son qoyan qonaqların heyətində Elnur Cəfərov dubl edib. Digər qolu Musa Quel vurub. Nominal meydan sahiblərinin yeganə qoluna isə Ronaldo de Souza imza atıb.

Hazırda “İmişli” 12 xalla turnir cədvəlinin 8-ci, “Şəfa” isə 8 xalla 11-ci pilləsində qərarlaşıb.