Antalya şəhərində Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) keçirilir.

"Unikal"ın Antalyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Prezidentin köməkçisi Anar Əkəkbərov "Mavi Zona"da qurulan Azərbaycan pavilyonunu ziyarət edib.

Burada Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurla bağlı məlumat əldə etmək, həmçinin Azərbaycan çayının dadına baxmaq imkanı var.

Qeyd edək ki, Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur.

"Unikal" COP31-də Azərbaycan pavilyonundan fotoları təqdim edir:

Ağarza Elçinoğlu