İsrailin Baş nazir Benyamin Netanyahu və Baş Qərargah rəisi Eyal Zamir İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı fərqli fikirlərə malikdirlər.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" televiziyası mənbələrə istinadən məlumat yayıb. 

Qeyd olunur ki, İsraildəki siyasi qeyri-müəyyənliyi və seçicilərin ötən həftə ABŞ-də keçirilən ara seçkilərində ABŞ Prezident Donald Trampın rəhbərliyindəki Respublikaçılar Partiyasına reaksiyasını əsas gətirən Zamir, mövcud şəraitdə İrana hücumu "ehtiyatsızlıq" hesab etdiyi bildirilir.

İsrail mediası iddia edirdi ki, Netanyahu 27 oktyabrda keçiriləcək ümumi seçkilərdən bir az əvvəl orduya İrana qarşı yeni hücum əmri verib. Zamir isə  təlimatın "hesablama xətasına" səbəb ola biləcəyindən narahat olaraq hücuma qarşı çıxıb və əmrin yazılı şəkildə, imza ilə verilməsini tələb edib.

Netanyahu ilə Zamir arasında İrana qarşı hərbi planlar üzərində fikir ayrılığı olduğu iddia edilən hadisə "görünməmiş böhran" kimi təsvir edilib.

"Financial Times" qəzeti həmçinin iddia edir ki, Netanyahu seçkilərdən əvvəl İranda mülki infrastruktur obyektlərinə hücum etmək üçün hərtərəfli plan hazırlayıb, lakin Tramp da buna qarşı çıxıb.