Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobillə digər avtomobil toqquşub.
Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-cu il təvəllüdlü A. Hüseynova, 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, 2024-cü il təvəllüdlü A. Əsədullayeva və 1996-cı il təvəllüdlü E. Hümbətov xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

















.jpg)






.jpg)















.jpg)















