G7 xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Parisdə olan ABŞ dövlət katibi Marko Rubio Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən hazırkı məsləhətləşmələr mərhələsini yüksək qiymətləndirib.
"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Əbu-Dabidəki danışıqlar çox məhsuldar görünür. Əlbəttə ki, hələ görüləsi çox iş var", - Rubio bildirib.
BƏƏ-də üç ölkənin nümayəndə heyətləri arasında danışıqların ilk günü başa çatıb. Görüş təxminən dörd saat davam etdi və qapalı qapılar arxasında keçirilib.






.jpg)














.jpg)

































