ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino “Mançester Yunayted”i çalışdırmağa yaxındır.

"Unikal" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Bildirilib ki, argentinalı mütəxəssis İngiltərə klubuna rəhbərlik etməyə müsbət yanaşıb.Poçettino avqust ayında ABŞ Futbol Federasiyası ilə müqaviləsini uzadıb. Lakin anlaşmada ona müəyyən top-klublardan təklif alacağı təqdirdə komandadan ayrılmağa imkan verən xüsusi bəndlərin olduğu bildirilir.

“Mançester Yunayted” rəhbərliyi hazırda Maykl Kerrikin mümkün əvəzləyicilərini nəzərdən keçirir. İngiltərə klubunda onun istefaya göndərilməsi ehtimalının getdikcə artdığı qeyd olunur.

Hazırda komanda Premyer Liqada 8 xalla 18-cidir.