Türkiyənin məşhur yazarı Ayşe Kulin karyerasına son qoyur.

"Unikal" xəbər verir ki, 85 yaşlı yazar unutqanlıq hiss etməyə başladığını və hazırkı əsəri olan "Qoca bir adamın gündəliyi"nin onun sonuncu əsəri olacağını açıqlayıb. 

“Hazırda əlimdə "Qoca bir adamın gündəliyi" var; mən başladım, amma o, çox da yaxşı irəliləmir. Bu, mənim son kitabım olacaq, sanki vida kitabı kimi. Mənim 85 yaşım var və həyatın sonu var. Əgər ağlım qalsa, bəlkə daha çox yazaram, amma yavaş-yavaş yox olur; hər şeyi unuduram”, - deyə o bildirib. 

Ayşe Kulin 43 kitabın müəllifidir.