Viktor Orbanın qardaşı Macarıstanda saxlanılıb.

"Unikal" xəbər verir ki, Macarıstanın Baş naziri Peter Madyar bu barədə açıqlama verib.

"Mediada yayılan məlumatlara görə, Viktor Orbanın qardaşı Aron Orban insan alveri şübhəsi ilə həbs edilib", - Madyar öz "Facebook" səhifəsində yazıb.

Hadisə barədə ilk məlumatı Madyarın qardaşına məxsus "Kontroll" xəbər saytı verib. 

Macarıstanın keçmiş Baş naziri Viktor Orban saxlanmanı "çirkli oyun" adlandırıb və hökuməti siyasi rəqiblərini aradan qaldırmağa çalışmaqda günahlandırıb.

Siyasətçi sosial mediada yazıb: "Hədəf mənəm, qardaşım sadəcə bir vasitədir".