İspaniya La Liqasının XII turunda "Atletiko" və "Barselona" komandaları arasında keçirilən oyun başa çatıb.

"Unikal" xəbər verir ki, Madriddəki "Civitas Metropolitano" stadionunda baş tutan qarşılaşmada qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Hesabı matçın 10-cu dəqiqəsində "Atletiko"nun hücumçusu Culiano Simeone açıb. Qonaqların yarımmüdafiəçisi Fermin Lopes 45-ci dəqiqədə hesabı bərabərləşdirib. Matçın 66-cı dəqiqəsində Lopes dubla imza ataraq, hesabı 2:1 edib.

"Atletiko" La Liqanın XII turundan sonra 28 xalla turnir cədvəlində üçüncü yerdədir. "Barselona" 33 xal qazanaraq yenidən birinci yerə yüksəlib.

"Atletiko Madrid" noyabrın 22-də səfərdə "Xetafe" ilə, "Barselona" isə həmin gün evdə "Vilyarreal"la qarşılaşacaq.