Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" oxu.az-a istinadən xəbər verir ki, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.