Ukrayna Prezidenti Volodimir Zelenski Antarktida da daxil olmaqla dünyanın istənilən yerində Vladimir Putinlə görüşməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Sabah və çərşənbə günü Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların nə gətirəcəyini görəcəyik. Amma bir şey aydındır: yüksək səviyyəli sammit olmadan siyasi irəliləyiş ehtimalı azdır. Buna görə də Ukrayna Prezidenti Putinlə ən qısa fürsətdə - istər dekabr ayında Floridada, istər G20 çərçivəsində, istərsə də dünyanın istənilən yerində - hətta Antarktidada, Moskvadan başqa hər yerdə görüşməyə hazırdır", - deyə o qeyd edib.










.jpg)



.jpg)





.jpg)
































