Hindistanın şərqindəki Assam ştatında sərnişin qatarının lokomotivi və altı vaqonu relsdən çıxıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kamrup rayonunda, Dhiqaru dəmir yolu stansiyasının yaxınlığında Sairang-Kolkata marşrutu üzrə hərəkət edən qatarda baş verib.

İlkin məlumatlara görə, sərnişinlərin xəsarət alması barədə məlumatlar var, lakin onların dəqiq sayı və qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə yerində xilasetmə və bərpa işləri aparılır.