Xalq artisti Nurəddin Mehdixanlı 8 noyabr - Zəfər Günü ilə əlaqədar təbrik mesajı ünvanlayıb.

"Unikal" xəbər verir ki, o, videomüraciətində bu şanlı qələbənin əldə olunmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib:

"Zəfərin mübarək, Azərbaycan! Bu zəfər igid oğullar yetişdirmiş Azərbaycan analarının, Azərbaycan atalarının zəfəridir. Bu zəfər Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin zəfəridir. Azərbaycan zabitinin, Azərbaycan generalının, Azərbaycan əsgərinin zəfəridir, qələbəsidir.

Bu qələbə, bu zəfər Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan zəfərdir. Zəfərin mübarək, Azərbaycan!".