Ermənistan Aİ üzv dövlətləri ilə daha sıx münasibətlər qurmağa davam edəcək.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan deyib.  

"Birinci nümunə Niderland ilə münasibətlərdir. Niderland çox yaxşı bir nümunədir, çünki biz onlarla əsasən ortaq dəyərlərimizə əsaslanan strateji tərəfdaşlıq qurmuşuq. Və görürük ki, bu dəyərlər praktikada konkret nəticələr verir", - nazir jurnalistlərə açıqlamasında bildirib.