Moskvanın Qərbi Avropa ilə silahlı münaqişəyə girmək planı yoxdur. Rusiya heç kim üçün təhlükə yaratmır.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Əgər Almaniyanın yüksək rütbəli kəşfiyyat rəsmisi öz fantaziyalarını açıq şəkildə dilə gətirirsə, deməli, Avropa həqiqətən də ciddi təhlükə altındadır. Bir daha təkrar edirəm: Rusiya heç kimi təhdid etmir. Rusiya Prezidenti və Rusiya xarici işlər naziri dəfələrlə bəyan ediblər ki, Moskvanın Qərbi Avropa ilə silahlı münaqişəyə dair heç bir planı yoxdur", - deyə Zaxarova Almaniyanın xarici kəşfiyyat xidmətinin rəhbərinin açıqlamalarını şərh edərkən bildirib.

Daha əvvəl Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger Almaniyanın Rusiya ilə potensial silahlı qarşıdurmaya cəlb olunması riski barədə bəyanat vermişdi.

Ağarza Elçinoğlu