Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonla telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Moskva ilə Düşənbə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib: "Hər iki tərəf Rusiya ilə Tacikistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib".

Liderlər əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliklərini bir daha təsdiqlədilər.

Ağarza Elçinoğlu